Yeni Çin koronavirusu daha yoluxucudur

Pekində topdansatış bazarında aşkarlanan yeni Çin koronavirusu Uhanda ilk dəfə tapılan virusdan daha çox yoluxucudur...

Bu barədə “RİA Novosti”yə Uhan Universitetinin Tibb Bölməsinin Virusologiya İnstitutunun professoru Yang Çjantsyu məlumat verib.

Alim bildirib ki, zaman keçdikcə virus təkamül edir və xüsusiyyətləri dəyişir. Çinin paytaxtında tapılan yeni koronavirusun da yüksək yoluxma qabiliyyəti var.

Buna baxmayaraq, mütəxəssis qeyd edib ki, yay fəsli ilə əlaqədar havanın yüksək temperaturu yoluxmanın qarşısını nisbətən alır. Həmçinin, ölkədə virusa qarşı uğurla mübarizə aparacaq effektiv müdafiə mexanizmləri hazırlanıb.(oxu.az)

pia.az