Türkiyə İraqın şimalında PKK terrorçularının 81 obyektini məhv edib

Türkiyə hərbi hava qüvvələri dünən gecə başladılan “Pençe–Kartal” (Qartal pəncəsi) əməliyyatı çərçivəsində İraqın şimalında PKK-nın 81 hədəfinə zərbələr endirib...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat verib.“Əməliyyat zamanı ölkəmizə, millətimizə və sərhədlərimizə təhlükə yaradan 81 terror obyekti məhv edilib. Buraya sığınacaqlar, yeraltı gizli məkanlar və mağaralar daxildir. Təyyarələr uğurlu şəkildə bazaya geri qayıdıb”, - məlumatda deyilir.Nazirlikdən qeyd olunub ki, sonuncu terrorçu zərərsizləşdirilənə qədər mübarizə aparacaqlar.Qeyd edək ki, əməliyyat İraqın şimalındakı Sincar, Karacak, Kandil, Zap, Avaşin-Basyan və Hakurk bölgələrində aparılır. Türkiyə Silahlı Qüvvələri PKK hədəflərinə dəqiq zərbələr endirmək üçün yalnız aviasiyadan istifadə edir.

pia.az