Yaponiyada 6.3 maqnitudalı zəlzələ olub

Bu gün yerli vaxtla saat 00.51 radələrində Yaponiya sahillərində 6,3 maqnitudalı zəlzələ olub... 

APA-nın xəbərinə görə, bu barədə Yaponiya Meteoroloji Agentliyi məlumat yayıb.

Zəlzələnin ocağı Kagoşima əyalətinin Amami-Ooşima qəsəbəsi yaxınlığında, 160 km dərinlikdə yerləşib.

Kagoşima və yaxınlıqdakı əyalətlərdə hiss edilən zəlzələ ilə bağlı sunami barədə xəbərdarlıq edilməyib.

pia.az