Bakıda məktəb direktoru pnevmoniyadan vəfat etdi

Laçın rayon 10 nömrəli orta məktəbin direktoru Gülşən Tağıyeva vəfat edib...

PİA.az medicina.az-a istinadən bildirir ki, 47 yaşlı qadın 2 gündür sətəlcəm (pnevmoniya) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Tağıyeva Gülşən Saday qızı Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrın 3-də imzaladığı sərəncamla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Mərhumun 4 övladı var.

pia.az