Qonşuları Sezen Aksudan şikayət edib

Qonşuları müğənni Sezen Aksudan polisə şikayət ediblər...

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin İzmir-Karaburundakı villasında dənizə zibil atdıldığı iddia olunub.

Bələdiyyə nümayəndələri daha əvvəl qanunsuz olduğu üçün möhürlənən villanın hovuzundan dənizə 50 metrlik bir boru çəkildiyini aşkarlayıb. Boru sökülüb və cəza tətbiq edilib.

Bələdiyyə sədri "21 iyun 2019-cu ildə bu cür hal aşkarlanmışdı. İcazəsiz inşaat zibillərinin axıdıldığı öyrənilib. Hovuzun rəsmi icazə sənədi yoxdur. Ona görə də möhürlənmişdi. 9 iyun 2020-ci ildə qonşulardan şikayət aldıq. Hovuz icazəsiz açılıb və çirkli su dənizə axıdılır. Gizli çəkilən boru sökülüb" deyə, açıqlama yayıb.

pia.az