Azərbaycan Tibb Universitetində "Tibb bacısı işi" ixtisası üzrə kadrlar hazırlanacaq

Azərbaycan Tibb Universitetində yeni tədris ilindən "Tibb bacısı işi" ixtisası üzrə də kadrların hazırlanmasına başlanılacaq...

PİA.az Trend-ə istinadən bildirir ki, 2020-2021-ci tədris ilində bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisaslar açılıb. Yeni dərs ili üçün bakalavriat səviyyəsi üzrə "Fizioterapiya və tibbi reabilitasiya" ixtisası üzrə ayrılan plan yerlərinin sayı 40, "Tibb bacısı işi" ixtisası üzrə ayrılan plan yerlərinin sayı 40 olub.

Magistratura səviyyəsi üzrə "Klinik (tibbi) psixologiya" və "Səhiyyə sahəsi üzrə menecment" ixtisaslarının hər biri üçün 10 plan yeri ayrılıb.

pia.az