ATV-nin keçmiş prezidenti Londonda şirkət qurdu - Foto

Nazim İbrahimovun qardaşı ölkəni tərk etdi, İngiltərədə şirkət qurdu...

ATV-nin keçmiş prezidenti, iş adamı Tağı İbrahimov da ötən ildən biznesini İngiltərəyə köçürüb.

PİA.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Diasporla iş üzrə dövlət komitəsinin sabiq sədri Nazim Ibrahimovun qardaşı Tağı İbrahimov ötən ilin fevralında Böyük Britaniyada STONE'S ENTERPRISES LTD-ni London, City Road 160, Kemp House hüquqi ünvanında qeydiyyatdan keçirib (qeydiyyat nömrəsi 11801002).

Tağı İbrahimovun ATV-ni hələ 2014-cü ildə 20 milyon manata satdığı barədə mətbuatda xəbərlər yayılıb.

##galery##

pia.az