Nazir müavinləri Ceyranbatan su anbarı yaxınlığında yanğın baş verən əraziyə gəlib

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub...

FHN-dən verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal əraziyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

pia.az