Vilayət Eyvazov onu polis rəisi təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub...

PİA.az-ın "Report"a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmir imzalayıb.

Əmrə əsasən, Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinə təyin olunub.

O, bundaN öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

pia.az