Koronavirusa yoluxan Əməkdar artist evə buraxıldı

Koronavirusa yoluxan Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev evə buraxılıb...

PİA.az xəbər verir ki, bu haqda aktyor sosial şəbəkə hesabında məlumat yayıb: "Dəyərli dostlar! Bu gün xəstəxanadan evə buraxıldım. Göydə Allahın, yerdə sizlərin duaları və çox dəyərli həkimlərin yardımı ilə bu bəladan xilas oldum... Başda Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının həkimi İntizar xanım Məmmədova olmaqla bütün tibb bacılarına və mənim üçün narahatlığınıza görə sizlərə dərin təşəkkürümü bildirirəm... Allah hamınızdan razı olsun".

Qeyd edək ki. rejissor may ayının 27-i virusa yoluxaraq xəstəxanaya yerləşdirilmişdi.(Yenisabah.az)

pia.az