Rusiyada müalicədən imtina edən koronavirusa yoluxmuş tibb bacısı öz evində ölüb

Rusiyanın Mixailovski Mərkəzi Rayon Xəstəxanasında koronavirusa yoluxmuş tibb bacısı müalicə olunmaqdan imtina edib...

Volgasib.ru xəbər verir ki, infeksiyaya yoluxan tibb bacısı yaşadığı ünvanda dünyasını dəyişib.

Hazırda xəstəxanada ölümlə bağlı araşdırma davam edir. Məlum olub ki, tibbi personaldan daha ikisi koronavirusa yoluxub.

10 tibb işçisinin karantinə alındığı bildirilir. (APA)

pia.az