Sabahdan metro bu saatdan işləyəcək

Xəbər verdiyimiz kimi, dünəndən başlayaraq Bakı metrosunda sərnişindaşıma fəaliyyəti iki günlük dayandırılıb...

Bu Baş Nazir Əli Əsədovun iyunun 4-də "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda öz əksini tapıb.

Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

8 iyun saat 06:00-dan etibarən Bakı metrosunun fəaliyyəti bərpa ediləcək.

pia.az