İcra başçısına 3,6 milyonluq yeni iqamətgah tikiləcək

Şəki Şəhər Icra Hakimiyyətinə yeni inzibati bina tikintisi üçün müqavilə bağlanıb...

PİA.az xəbər verir ki, yeni bina tikintisi büdcəyə 3 milyon 625 min manata başa gəlir.

Bununla bağlı keçirilən tenderdə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC qalib gəlib və şəhər icra hakimiyyəti bu şirkətlə iyunun 5-də müqavilə bağlayıb.

İşlərin bu ilin sonunadək başa çatması gözlənilir. (Fed.az)

pia.az