Gürcüstanda koronavirusa yoluxanların sayı 805 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) cəmi 4 yoluxma halı qeydə alınıb...

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 805 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2424 nəfər karantində saxlanılır, 304 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 650 nəfər sağalıb, 13 nəfər isə ölüb.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

pia.az