ÜST: “Bayram etmək vaxtı deyil, ikinci dalğaya hazırlaşmalıyıq”

“Payızda koronavirusun ikinci dalğasına hazırlaşmalıyıq”...

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe deyib.

“Biz ölkələrə müraciət edirik: Vəziyyət yaxşılaşır deyə, bunu bayram etmək vaxtı deyil, hazırlaşmaq vaxtıdır. Biz indi payıza hazırlaşmalıyıq!”, - deyə ÜST rəsmisi vurğulayıb.

O qeyd edib ki, hazırda əksər Avropa ölkələrində koronavirusla bağlı vəziyyət yaxşılaşır.(apa)

pia.az