Prezident Tərtərdə yeni obyektlərin açılışını edib

İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

***

İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.

Strateq.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham tədbirdə iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

***

Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısına kompleksdə yaradılan şəraitlə tanış olub.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev bir qrup idmançı ilə görüşüb.

pia.az