Çavuşoğlu: “Haftar qələbə qazana bilməz”
“Liviyada gedən savaşda Haftar qələbə qazana bilməz”...
APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O Liviya Milli Ordusuna (LMO) rəhbərlik edən marşal Xəlifə Haftarın qələbə qazana bilməyəcəyini bildirib.
Türkiyə XİN başçısı ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsinə də münasibət bildirib. M. Çavuşoğlu polisin insanı öldürməsinin qəbuledilməz olduğunu vurğulayıb.
pia.az