Qax sakininin maraqlı kolleksiyası: 26 ilə on min qəzet... - Video

Qəzet aşiqi olan Qax sakini maraqlı kolleksiya yığıb...

PİA.az Baku.tv-yə istinadən xəbər verir ki, Faiq Kərimov oxuduğu qəzetləri 24 yaşından toplamağa başlayıb.

F.Kərimov serialları televizor vasitəsilə deyil, qəzetlərlə izləyib.

1994-2004-cü illər arasında onlarla serialı oxuyub və həmin qəzetləri hələ də qoruyub saxlayıb. F.Kərimov 26 ilə on min qəzet toplayıb.

Qəhrəmanımız gənc nəslin kitab, jurnal, qəzet oxumağa marağı olmamasından şikayətçidir.

pia.az