"Şəkil çəkdirmək istəyirdim,yıxıldım"- Bulvarda olay - Video

Bakı Bulvarında 2003-cü il təvəllüdlü Allahverdiyev Riyad Oktay oğlu dənizə yıxılıb...

PİA.az BakuPost-a istinadən xəbər verir ki, hadisə “Dəniz Mall”ın yaxınlığında baş verib.

Dənizkənarı Bulvar İdarəsinin mühafizəçisi Mahmud Bağırzadə suya atılaraq, boğulma təhlükəsi ilə üz-üzə qalan gənci xilas edib.

R.Allahverdiyev şəkil çəkərkən müvazinətini qoruya bilmədiyi üçün dənizə yıxıldığını söyləyib.

pia.az