Şəki küçələrində dolaşan ayı meşədən yox "villadan" qaçıb

Şəkini qarışdıran ayı hansı məmurun villasından qaçıb?...

Şəkinin mərkəzində sərbəst gəzib-dolaşan ayı ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

PİA.az-ın xəbərinə görə, şəhər mərkəzində sərbəst gəzib-dolaşan ayının meşədən deyil, vəhşi heyvan həvəskarı olan şəxsin malikanəsindən qaçması ehtimalı var. Belə ki, ayının yayılan videolarından birinə diqqət yetirəndə heyvanın boynunda xalta olması diqqət çəkir.

Həmin ə fotoları təqdim edirik. Xatırladaq ki, Şəki-Oğuz zonasında məmurların hektarlarla torpaqları, yüzlərlə malikanələri var. (Musavat.com)

pia.az