Ağstafada avtomobil körpüdən aşdı, dörd nəfər yaralandı

Ağstafda baş verən qəzada dörd nəfər xəsarət alıb...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətə olan “VAZ 2106” markalı minik maşını körpüdən aşıb. Nəticədə 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralananlardan ikisinin kimliyi məlum olub.

Onlar 1981-ci il təvəllüdlü İbrahimov Vidadi Vaqif oglu, 1979-cu il təvəllüdlü Abdullayev Həsən İsrafil oğludur.

Faktla bağlı araşdırma aparılır.

pia.az