Füzulidə avtomobil aşıb, ölən və yaralanan var

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib... 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə mayın 28-də Babı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi "VAZ-21214" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

pia.az