Rusiyada koronavirusa yoluxanların sayı 387 623-ə yüksəlib

Rusiyada son sutkada daha 8 572 nəfər koronavirusa yoluxub, 232 nəfər ölüb... 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin operativ qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların ümumi sayı 387 623-ə yüksəlib. Ölkədə pandemiyadan ölənlərin sayı isə 4 374 nəfərə çatıb.

pia.az