Bərdə sakini küçədə qarət edildi

Bərdə rayonunda soyğunçuluq hadisəsi baş verib...

PİA.az xəbər verir ki, mayın 26-da Bərdə rayonu Qasımbəyli kəndi ərazisində naməlum 2 nəfər Şorəlli kənd sakini T.Məmmədova zor tətbiq edib, onun 260 manat pulunu, mobil telefonunu və bankomat kartını alıblar.

Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qasımbəyli kənd sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov saxlanılıb, digərinin də tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

pia.az