Bakıda uşaq bağçasının yanından qumbara tapıldı - Foto

Bakının Binəqədi rayonunda küçədən qumbara tapılıb...

PİA.az xəbər verir ki, 158 nömrəli bağçanın yaxınlığında RQD-5 əl qumbarası aşkar edən sakinlər bu haqda FHN-ə məlumat veriblər. Qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal əraziyə ezam olunub.

Qumbara zərərsizləşdirilərək əməkdaşlar tərəfindən götürülüb.(Yeni Sabah)

pia.az