Bakıda mənzildən 10 min manat oğurlanıb

Bakıda mənzildən 14 min manatlıq oğurluq olub...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki evlərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılıblar.

Araşdırma aparılır.

pia.az