Gəncədə qətl hadisəsi baş verib

Gəncədə qətl baş verib...

Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, orta yaşlı kişinin meyiti evində tapılıb. Məlumata görə, 63 yaşlı Asim Yusifov tanışı tərəfindən qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(apa)

pia.az