Bakıda mağazadan 2100 manatlıq oğurluq olub

Bakıda mağazadan oğurluq olub... 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2112 manat dəyərində 6 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Kazımov saxlanılıb.

Araşdırma aparlır.

pia.az