Əbülfəs Qarayevin vəzifəsini kim icra edir? - Nazirlikdən açıqlama

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir...

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.

Xatırladaq ki, mayın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri Əbülfəs Qarayav tutduğu vəzifədən azad edilib.

pia.az