“Peşə Liseyi ilə bağlı göstəriş verilməyib” - Təkzib

“Sözügedən Peşə Liseyinin pəncərələrinin hörülməsi üçün icra başçısı tərəfindən heç bir göstəriş verilməmişdir”...

Bu gün xəbər saytlarında yayılmış “İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün” başlıqlı yazısı ilə bağlı Tərtər Rayon İcra hakimiyyəti məlumat yayıb.

Bildiririk ki, 96 saylı peşə məktəbinin adı çəkilən həmin binasinda 1993-cü ildən 2018-ci ilə qədər məcburi köçkünlər məskunlaşmışdır.

Binanin sanitar qovşaq tərəfdə yerləşən pəncərələri uzun müddət bundan öncə hörülmüş, həmin ərazidə ictimai yaşayış binalarının fasad hissələri təmir olunub rənglənərkən, binanın həmin hissəsidə rənglənmişdir. 2018-ci ildə orda yaşayan məcburi köçkünlər, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış mənzillərə köçürülmüşdür. Bina Təhsil nazirliyinə təhfil verilmiş, hazırda orda məcburi köçkünlər yaşamır, bina istismara yararsızdır və istifadə olunmur, əsaslı təmirə ehtiyacı vardır.

İcra başçısı tərəfindən həmin pəncərələrin hörülməsi üçün heç bir göstəriş verilməmişdir.

pia.az