ABŞ-da “F-35” qırıcısı qəzaya uğrayıb

“F-35A Lightning II” beşinci nəsil çoxhədəfli qırıcı təyyarəsi Eqlin aviabazasında (Florida ştatı, ABŞ) qəzaya uğrayıb...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təyyarənin aid olduğu ABŞ Hərbi Hava Qüvvələrinin 33-cü qırıcı aviasiya qanadının mətbuat xidməti məlumat verib.

Bildirilib ki, “F-35” bazaya enərkən qəzaya uğrayıb. Pilot uğurla katapult edib. Hazırda onun vəziyyəti sabitdir.

“Hadisə baş verən zaman pilot planlaşdırılmış gecə təlim uçuşu həyata keçirirdi”, - mətbuat xidmətindən bildirilib.

pia.az