Fransada son sutkada koronavirusdan 83 nəfər ölüb

Fransada son 24 saat ərzində koronavirusda 83 nəfər dünyasını dəyişib, ölkə üzrə ümumilikdə ölüm sayı 27074 nəfərdir...

APA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, xəstəxanalarda 17101 ölüm qeydə alınıb, onlardan 9973 nəfəri qocalar evlərində və digər sosial-tibb müəssisələrdə olub.

Hazırda 2428 xəstə reanimasiyadadır, 69 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, pandemiya dövründə Fransada 58673 nəfər sağalaraq evə buraxılıb.

pia.az