Moskvada koronavirusdan ölənlərin sayı 1 200-ü ötdü

Rusiyanın paytaxtı Moskvada son bir gündə koronavirusdan daha 53 pasiyent ölüb...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, bununla da paytaxtda COVID-19-dan ölənlərin sayı 1 232 nəfərə çatıb.

"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 53 pasiyent öldü", - qərargahda bildiriblər.

pia.az