12 yaşlı uşaq 14 yaşlı bacısını tüfənglə vurdu

Türkiyənin İzmir şəhərində 12 yaşlı uşaq 14 yaşlı bacısını tüfənglə vurub...

Bu barədə Star.com məlumat yayıb.

12 yaşlı Həsən T. evdə atasının tüfəngi ilə oynayarkən ehtiyatsızlıqla tətiyi basıb. Bu zaman silahdan atəş açılıb və tüfəngdən çıxan qırmalar 14 yaşlı Rabiaya dəyib.

Xəstəxanaya çatdırılan qızın vəziyyətinin ağır olduğu bildirilir.

pia.az