Bərdədə qadının külli miqdarda pulunu oğurlayan gənc tutuldu

Bərdə rayonunda oğurluq edən şəxs saxlanılıb...

Report-un verdiyi məlumata görə, Ağdam rayonunda yaşayan Nailə Məmmədova Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək, ticarət mərkəzində olarkən çantasındakı pulun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tətəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum edilmiş Dünyamin Əzizov saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin çantasından 5 100 manatını oğurladığı müəyyən olunub. Oğurlanmış pulların bir qismi maddi sübut kimi götürülüb.

D.Əzizov dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

pia.az