Lənkəranda yol qəzası olub, xəsarət alanlar var

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi olub...

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə şəhərin “Şəhidlər Xiyabanı” küçəsində qeydə alınıb.

Belə ki, Şəhriyar İdris oğlu İmanlının idarə etdiyi 90-LU-644 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə Zahid Mirzə oğlu Kazımovun idarə etdiyi 42-BF-493 dövlət qeydiyyat nişanlı "VAZ 2103" markalı avtomobil toqquşub.

Qəza nəticəsində deformasiyaya uğrayan "VAZ 2103" markalı avtomobilin sürücüsü Z.Kazımov Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə çıxarılıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az