İcra başçısı niyə cəzalandırılıb? – Sensasion açıqlama

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun töhmət almasının səbəbini açıqlayıb...

H.Hacıyev N.Bağırovu nəzərdə tutaraq deyib ki, yeni təyin edilən icra başçısı karantin rejimi dövründə Mərdəkanda atasının restoranında ziyafət təşkil edib: “İcra başçısı Bakıda kef çəkir, rayon qalır yiyəsiz. Axı niyə? Axı sənə etimad göstərilib. Bu da gənc kadr... Kimsə ingilis dilini bilir deyə vəzifəyə təyin edilməsi düzgün deyil. Təcrübə lazımdır. Qohumlarının hesabına vəzifələrə təyin edilirlər...”

Qeyd: Dövlət başçısının aprelin 21-də imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

pia.az