Xüsusi reyslə ukraynalılar Bakıdan vətənə dönəcək

Biletləri aviaşirkətin rəsmi saytından almaq olar...

“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) mayın 11-dən Bakı ilə Kiyev arasında birbaşa xüsusi aviareys təşkil edəcək. Reys Ukrayna vətəndaşlarının, eləcə də bu ölkədə yaşayış hüququ olan şəxslərin geri qayıda bilməsi üçün həyata keçiriləcək.

Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata əsasən, təyyarə reysi mayın 11-də Bakı vaxtı ilə saat 15:30-da baş tutacaq. Təyyarə Kiyevə saat 18:30-da (yerli vaxtla) çatacaq. Biletləri aviaşirkətin rəsmi saytından almaq olar.

Səfirliyin yaydığı məlumatda koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda qalmağa məcbur olan Ukrayna vətəndaşlarının bu məlumatı digərləri ilə paylaşması xahiş olunur.

pia.az