DTX tərəfindən saxlanılan icra başçısının villaları, avtomobil kolleksiyası və daha nələri... - Siyahı

Bu gün DTX tərəfindən saxlanılan İmişlinin icra başçısı Vilyam Hacıyevin sərvəti ilə bağlı mətbuatda dərc edilmiş siyahnı təqdim edirik...

▪️ Bakıda, Həsən Əliyev küçəsində villa▪️ Bakı, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

▪️ Bakı, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil▪️ Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil▪️ Dubayda milyonluq biznesi▪️ Qazaxıstanda tikinti biznesi▪️ İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.

Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. V.Hacıyevin oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

▪️ 10-PP-369 dövlət nömrə nişanlı "Bentley"▪️ Eyni nömrə nişanlı "Land Rover"▪️ 90-AA-369 dövlət nömrə nişanlı "Mercedes S class"▪️ Həmçinin son model "Mercedes Gelandewagen".(Ölkə.az)

pia.az