Pandemiyaya baxmayaraq, Belarusda seçkilər təxirə salınmayacaq

Belarusda prezident seçkilərinin yayda keçiriləcəyi dəqiqdir...

“Sputnik”in məlumatına görə, bunu ölkə prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Onun sözlərinə görə, seçkilər uzağı avqustun sonlarında olacaq.

Dövlət başçısı seçki kampaniyasını təxirə salmaq üçün əsas olmadığını vurğulayıb.

Qeyd edək ki, prezident seçkilərinin dəqiq tarixi ölkə parlamenti tərəfindən müəyyənləşəcək. Deputatlar mayın 30-dan gec olmayaraq bu barədə qərar verməlidirlər.

pia.az