İran BMT-yə etiraz etdi

İran Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) İrana qarşı silah embarqosunun uzadılması məsələsinin qaldırılmasına qarşıdır...

“RİA Novosti” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.

“Ümid edirik ki, vəziyyət bu yerə gəlib çıxmayacaq, hiss edirik ki, bu, baş verməyəcək, amma baş verərsə, İran bu addıma lazımi və qətiyyətli şəkildə cavab verəcək”, - Musəvi ABŞ-ın İrana qarşı silah embarqosunu uzatmağı planlaşdırdığı və İran probleminə BMT TŞ-da baxılması ehtimalı ilə bağlı suala cavab olaraq deyib.

pia.az