Daşkəsənə dolu yağdı, Əhəd Abıyev danışdı - Video

Daşkəsənə dolu yağdı

Daşkəsən rayonu ərazisində mayın 3-də həftənin bazar günü saat 15-00 radələrində intensiv dolu və leysan yağışının yağması nəticəsində Daşkəsən şəhərində, rayonun qəsəbə və kəndlərində əkin sahələrinə, fərdi  təsərrüfatlara, şəxsi minik avtomobillərinə, elektrik dirəklərinə və xətlərinə xeyli ziyan dəyib.

Pravda.az-ın xəbərinə görə, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Fövqəladə Hallar Komissiyası tərəfindən rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün müvafiq işlər aparılır.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

İcra başçısı Əhəd Abıyev deyib ki, avtomobilin şüşəsi sınıb.

piaaz