"Demək, heç o qurumun özü yoxdur"- İqtisadçı Nazirliyin fəaliyyətindən narazıdır

ƏƏSMN-nin ünvanına sərt tənqid...

“Sosial.gov.az saytı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytıdır. Tərkbində olan hansı xidmətin üzərinə gedirsən, yazılır: səhifə hazırlanmaqdadır. Çoxdan hazırlanmaqdadır, hələ də bitirə bilmirlər. Halbuki belə vaxtda bu qurumların hər birinin səhifəsində insanlar üçün hər məlumatı tapmaq imkanı olmalıdır”.

PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev deyib.

“Məsələn, mən bir analiz üçün evdə xidmət almağa ehtiyacı olan ahılların rayon (şəhərlər) üzrə bölgüsünü axtarıram yoxdur, çoxuşaqlı ailələrin sayının heç olmazsa 2018-ci ilə olan statistikasını, bu cür ailələrin rayon (şəhərlər) üzrə bölgüsünü axtarıram yoxdur. Bu saytda statistika (data) bölməsi ümumiyyətlə yoxdur. İndiki dövrdə bu "yoxdurlar"ın sayı çoxdursa, demək, heç o qurumun özü yoxdur. Sadəcə özünün xəbəri yoxdur. Deyəsən, bu "yoxdurlar"ın sayəsində qafiyəli bir status alındı). Amma gerçəklik belədir...” – R.Ağayev qeyd edib.(Pravda.az)

pia.az