ÜST: "Koronavirus yenidən alovlana bilər"
PİA.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bütün xəstəxanalarda virusa yoluxan şəxslərin sayı ciddi şəkildə azalma müşahidə olunur:
“Havaların isti keçməsi və açıq havada gəzmək bu virusun yox olmasına zəmin yarada bilər. Gələcəkdə də hər hansı pandemiya ola bilər və buna hazırlıqlı olmaq lazımdır. İnsanlar arasında ən azı 1 metrlik məsafənin qorunması və otağın havasının tez-tez dəyişməsi mütləqdir. Xəstə olan zaman işə gedilməməlidir”.
H.Harmancı bildirib ki, Ramazan ayında insanlar bir-birini ziyarət etməyə üstünlük verir:
“Texnologiya dövründə yaşadığımızdan bunu telefon vasitəsilə etməyimiz məqsədəuyğundur”. (Report)
pia.az