DTX-nın bu gün həbs etdiyi icra başçısı kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib...

İcra başçısı Mahir Quliyev və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.

Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ali təhsillidir. "Naxçıvan" universitetini bitirib. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb.

2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub. 08.09.2006-26.04.2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb[1].

Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.(qafqazinfo)

pia.az