Suriyada növbəti terror aktı - Onlarla ölən və yaralanan var - Video

Suriyanın şimal-qərbindəki Afrin rayonunda yanacaq sisterninin YPG/PKK terrorçuları tərəfindən partladılması nəticəsində azı 40 dinc sakin həlak olub, daha 47 nəfər xəsarət alıb...

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

Nazirliyin məlumatına görə, ölənlərdən 11-i uşaqdır.

Bildirilir ki, partlayış Afrinin inzibati mərkəzinin ən izdihamlı küçələrindən birində – Raca prospektində olub. Hadisə zamanı ətrafdakı binalara ciddi zərər dəyib, yaxınlıqda yerləşən avtomobillər yanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, ölənlərin sayının artacağı güman edilir.

pia.az