Səməd Seyidova müavin təyin olundu

Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibinin ilk iclası keçirilib...

Bu barədə Oxu.Az-a deputat Kamal Cəfərov məlumat verib.

K.Cəfərov nümayəndə heyətinin kollegial qərarı ilə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbərinin müavini seçilib.

“Bu mənim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, istənilən platforma vasitəsilə biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin çatdırılmasında fəal olmalıyıq. Həmçinin, hücum diplomatiyası aparmalı, ölkəmizə qarşı bütün əsassız ittihamlara qarşı mübariz olmalıyıq. Hesab edirəm ki, biz də bu prinsipləri rəhbər tutaraq fəaliyyətimizi qurmalıyıq”, - deyə deputat bildirib.

K.Cəfərov əlavə edib ki, qarşıda nümayəndə heyətini məsuliyyətli, bir o qədər də vacib fəaliyyət gözləyir.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur.

pia.az