Nazir teledərslərdən yararlananların sayını açıqladı

“Ümumilikdə 1 milyon 600 min şagird teledərslərdən yararlanıb”...  

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı davam etdirilir. Martın 11-dən start verilən teledərslər həftənin 5 günü saat 10:00-dan 16:00-dək “Mədəniyyət” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır.

Bunu təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir vurğulayıb ki, aprelin 29-da teledərslərin mininci buraxılışı efirə gedəcək:

“Ümumilikdə 1 milyon 600 min şagird teledərslərdən yararlanıb”.

pia.az