Cəbhə bölgəsində onlayn konsert verildi - Video

Cəbhə bölgəsində onlayn konsert proqramı keçirilib...

Ağdamda baş tutan konsert proqramı “evdə qal” şüarı altında təşkil olunub.

Ağdam Güllücə kənd uşaq musiqi məktəbinin direktoru Gülnaz Hüseynovanın rəhbərliyi ilə keçirilən musiqili konsert proqramı internet üzərindən izlənib.

Bir saatlıq proqram Güllücə kənd uşaq musiqi məktəbinin rəsmi “Facebook” səhifəsində yayımlanıb. Konserti canlı olaraq 2000 nəfər izləyib.

pia.az