ABŞ-da ilk dəfə ev heyvanlarında COVID-19 tapıldı

ABŞ-ın Nyu-York şəhərində ilk dəfə iki ev pişiyində yeni tip koronavirus aşkarlanıb...

Bu barədə “Associated Press” məlumat yayıb.

“İnsanların ev heyvanlarından qorxmasını istəmirik. Ev heyvanlarının bu infeksiyanı insanlara yaymaqda rol oynadığına dair sübut yoxdur. Yenə də epidemiya dövründə ev heyvanları ilə insanların və digər heyvanların əlaqəsinin kəsilməsi düzgündür”, - deyə ABŞ Kənd Təsərrüfatı Nazirliyi və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən bildirilib.

Qeyd edək ki, ABŞ-da buna qədər Nyu-Yorkun Bronks bölgəsindəki zooparkda da yeddi pələng və şirdə COVID-19 tapılmışdı.(oxu.az)

pia.az